Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub

DÜNYA 29 fev 2024, 23:59

Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub.

"Report"un Muğan bürosunun məlumatına görə, əslən İmişli rayonunun Xələfli kəndindən olan 1990-ci il təvəllüdlü Hacıyevev Feyzulla Hacı oğlu və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Muradova Nəcibə Murad qızı Rusiyanın Ulyanov əyalətinin Dmitrovqrad rayonunda yol qəzasına düşüb.

Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarəetdiyi "Lada Largus" markalı avtomobilin idarəetmədən çıxması olub. Belə ki, qarşı zolağa çıxan "Lada Largus" qarşıdan gələn "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

Onların nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top