Bakıda kişi görüşə çağırdığı keçmiş arvadına çoxsaylı bıçaq zərbələri endirdi — TƏFƏRRÜAT(VİDEO)

KRİMİNAL 27 fev 2024, 23:59

2023-cü il aprelin 18-də Bakının Xətai rayonu Sarayevo küçəsində bıçaqlanma hadisəsi olub. Burada Amilə Vəliyeva keçmiş əri, 1988-ci il təvəllüdlü Samil Əliyev tərəfindən bıçaqlanıb. Qadın çoxsaylı xəsarətlərlə özəl klinikaya aparılıb və hadisəni törədən kişi polis əməkdaşları tərəfindən yerindəcə saxlanılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Anket məlumatlarına əsasən, Samil Əliyev 1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub, əvvəllər məhkum olunmayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top