“Xocalıda aşkarlanan kütləvi məzarlıqlar soyqırım faktı kimi təqdim olunmalıdır”

GÜNDƏM 26 fev 2024, 13:39
“Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında indiyə qədər ciddi fəaliyyət göstərilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın irəli sürdüyü “Xocalıya Ədalət” kampaniyası ətrafında xeyli iş aparılıb. Dövlət siyasətində Qarabağ həqiqətlərinin tanıdılması mühüm istiqamətlərdən birini təşkil edir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun fikrincə, indiyə qədər bu istiqamətdə görülən işlər yüksək səviyyədədir:

“Təbii ki, bəzi dövlətlər üçün Xocalı soyqırımını tanımaq məqbul deyil, onlar Ermənistanın havadarları rolunda çıxış edir. Lakin bir çox ölkələrdə faciə soyqırım kimi tanınıb. İndiki məqamda Xocalıda aşkarlanan kütləvi məzarlıqların bu soyqırımı əsaslandıracaq faktlar olaraq təqdim olunması vacibdir. Əminəm ki, bu məsələ də müsbət nəticələr əldə edəcəyik. Bu, çox vacibdir, çünki Xocalı soyqırımı özündə xeyli sübutları ehtiva edir. Düşünürəm ki, əlavə addımların atılmasına gərək var”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top