İlham Əliyev Anıtqəbirdəki dəftərə nələr yazdı...

GÜNDƏM 19 fev 2024, 17:09
Xəbər verdiyimiz kimi, Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib.

 Demokrat.az xəbər verir ki, dövlət başçısı Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün adına açılan xüsusi kitabı imzalayıb.

İlham Əliyev qeyd dəftərinə aşağıdakı sözləri yazıb:

"Türk dünyasının böyük oğlu, istedadlı sərkərdə və dahi sərkərdə Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ən səmimi hörmət və ehtiramla yad edirəm. Ulu Öndər Mustafa Kamal Atatürk yüz il əvvəl ən möhtəşəm əsəri olan Türkiyə Cümhuriyyətini qurmaqla adını dünya tarixinin səhifələrinə və xalqının qəlbinə əbədi olaraq qızıl hərflərlə həkk etdi. Mən qardaş Azərbaycanın prezidenti kimi Mustafa Kamal Atatürkün qurduğu dövlətin qlobal aləmdəki mövcud inkişaf səviyyəsini, rifahını, gücünü və nüfuzunu görməkdən xüsusi qürur duyuram. Xalqlarımızın ən böyük sərvəti olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birlik və həmrəyliyini qoruyub gələcək nəsillərə təqdim etmək, strateji müttəfiqliyimizi hər sahədə inkişaf etdirmək və möhkəmləndirmək iki ölkənin qarşısında duran ən ali vəzifədir. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi bilən böyük şəxsiyyət Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top