AZAL-ın Moskva-Gəncə təyyarəsi təyinat nöqtəsinə yola düşdü — YENİLƏNİB

İNFRASTRUKTUR 16 fev 2024, 17:53
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı) - Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.

Bu barədə Demokrat.az-a "Azərbaycan Hava Yolları"ndan məlumat verilib.


***
16:00


“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.


Demokrat.az AZAL-a istinadən xəbər verir ki, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top