Əhməd işi: Taksilər yoxlanır, onlayn ödəniş dayandı

SOSİAL 16 fev 2024, 12:22
Fevralın 13-də taksi sürücüsü olmuş Əhməd Əhmədovun ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinməsindən sonra dünəndən etibarən Bakıda fəaliyyət göstərən bütün taksi sürücüləri kütləvi şəkildə narkoloji testdən keçiblər.

Demokrat.az xəbər verir ki, bu barədə taksi sürücülərindən biri məlumat verib.

“Əhmədə görə dünən heç birimiz işləməmişik. Bütün sürücüləri narkoloji testə göndəriblər”, - məlumatda qeyd olunub.

Həmçinin qeyd edilib ki, onlayn ödəniş sistemi də fəaliyyətini dayandırıb və hazırda heç bir taksiyə görə onlayn ödəniş etmək mümkün deyil. Yeni qanunvericiliyə uyğun olaraq lisenziya alan taksi sürücüləri üçün onlayn ödəniş sistemi bərpa ediləcək. (axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top