"Azəriqaz"ın çağrı mərkəzinə nə qədər müraciət daxil olub?

SOSİAL 16 fev 2024, 11:47
Cari ilin yanvar ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinin “104” çağrı mərkəzinə  123 min 349  müraciət daxil olub.

Demokrat.az
xəbər verir ki, bunu Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6826 müraciət azdır: 

"Qaz təzyiqinin aşağı olması ilə bağlı müraciətlər keçən illə müqayisədə 507, sayğacların quraşdırılması ilə bağlı 454, qaz sızmaları ilə bağlı isə 363 müraciət az daxil olub".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top