Dəniz limanları haqqında qanun dəyişdi

İNFRASTRUKTUR 15 fev 2024, 13:42
Prezident İlham Əliyev “Dəniz limanları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Demokrat.az xəbər verir ki, yenilənmiş qanunla Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı bəzi xidmətlərə görə tariflər müəyyən ediləcək.

Həmin xidmətlər aşağıdakılardır:

- gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi;
- dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili;
- gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi;
- gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması. 

Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq, eyni zamanda bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən orqanın - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin publik hüquqi şəxs olduğu nəzərə alınaraq “müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin “müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum)” ifadəsi ilə əvəz edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top