"Xalqın mədəni sərvəti" layihəsi davam edir — FOTOLAR

SOSİAL 14 fev 2024, 21:12
"Xalqın mədəni sərvəti" layihəsi növbəti dəfə əbədiyaşar bəstəkarımız, SSRİ Xalq artisti Qara Qarayeva həsr olunub. Layihənin ilk günü Gəncə şəhər Heydər Əliyev Mərkəzində Qara Qarayevə həsr olunmuş konfrans keçirilib. 

Demokrat.az xəbər  verir ki, konfransı giriş sözü ilə açan layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov layihənin gerçəkləşməsində ilk növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə təşəkkürünü bildirib. O, layihənin əsas məqsədinin bugünkü nəsli maarifləndirmək, eyni zamanda milli-mənəvi dəyərləri əks etdirən sənətkarlarımızı təbliğ etmək olduğunu qeyd edib. 

Ramil Qasımov "Xalqın mədəni sərvəti" layihəsinin silsilə şəklində əbədiyaşarlamıza həsr olunacağını vurğulayıb.  Daha sonra Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Nurəddin Babazadə çıxış edərək layihənin Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynadığını qeyd edib.

Konfrans zamanı Qara Qarayevin yaradıcılığında opera, balet, simfoniya janrı mövzuları ətrafında məruzələr dinlənilib, fikir mübadilələri aparılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top