Əhməd həmyaşıdına da 18 bıçaq zərbəsi vurub — VİDEO

GÜNDƏM 14 fev 2024, 17:51
“Əhməd oğluma beşbarmaqla zərbə endirib, sonra 18 bıçaqla xəsarət yetirdi“

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı daha bir iddia səsləndirilib.

Belə ki, Əhmədin 10 il bundan əvvəl başqa bir şəxsə xəsarət yetirdiyi ilə bağlı zərərçəkən şəxsin anası “Space TV”yə danışıb.

“Oğluma əvvəl beşbarmaqla zərbə endirib, sonra 18 bıçaqla xəsarət yetirib xəstəxanalıq etdi. Oğlum hələ də yarımcandır. Atası Əhmədi xilas elədi. Əhmədin ailəsi gəlib bizimlə görüşdü.

Lakin mən onları içəri qoymadım. Əhməd çox özbaşına uşaq idi”, - deyə xəsarət alan şəxsin anası qeyd edib.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top