Dünya rekordçusu dünyasını dəyişdi

DÜNYA 12 fev 2024, 22:45
Keniyalı dünya rekordçusu, 24 yaşlı marafonçu Kelvin Kiptum yol qəzasında dünyasını dəyişib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı keniyalı idmançı və məşqçisi Ruanda Gervais Hakizimananın olduğu avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə məşqçi ağır yaralanıb, keniyalı idmançı isə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Kiptumun 2023-cü ildə Çikaqo marafonunda 26,2 mil (42 km) məsafəni iki saat 35 saniyəyə qət edərək qırdığı rekord Beynəlxalq Atletika Federasiyası tərəfindən təsdiqlənib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top