Sərnişin avtobusu aşdı: Ölən və yaralananlar var

DÜNYA 12 fev 2024, 21:45
Türkiyənin Balıkəsir vilayətində sərnişin avtobusu aşıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza avtobusun idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top