“Baydenlə sonuncu dəfə danışanda dedim ki, böyük səhv edirsiniz” — Putin

DÜNYA 09 fev 2024, 12:10
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenlə sonuncu telefon danışığının təfərrüatlarını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Taker Karlsona müsahibəsi zamanı danışıb.

“Mən onunla (ABŞ Prezidenti Co Bayden – red.) danışanda, əlbəttə ki, bu, xüsusi hərbi əməliyyat başlamazdan əvvəl idi və yeri gəlmişkən, ona o zaman dedim ki, təfərrüata varmayacağam, bunu heç vaxt etmirəm - amma mən o zaman ona dedim: Mən inanıram ki, siz Ukraynada baş verən hər şeyi dəstəkləməklə, Rusiyanı sıxışdırmaqla tarixi nisbətdə böyük səhv edirsiniz. Bu barədə ona dedim - yeri gəlmişkən, ona bir dəfədən çox demişəm”, - deyə V. Putin bildirib.

Qeyd edək ki, 2 saat 6 dəqiqə davam edən müsahibə Karlsona məxsus sosial şəbəkə hesablarında artıq ümumilikdə 60 milyondan çox izlənilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top