Gürcüstanda yeni hökumət təsdiqləndi

REGİON 08 fev 2024, 22:59

Gürcüstan parlamenti ölkənin baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib. Etimadın lehinə 84, əleyhinə 10 deputat səs verib.

Kobaxidze müvafiq fərmanı Gürcüstan prezidenti Salome Zurabişvili imzaladıqdan sonra rəsmi fəaliyyətə başlayacaq.

Baş nazirlə birgə onun kabinetinin tərkibi də müəyyənləşib. İliya Darçiaşivli Gürcüstanın xarici işlər naziri, Laşa Xutişvili maliyyə naziri, Rati Breqadze ədliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri postuna yiyələniblər.(oxu.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top