Prezident seçkisi “Haber Global”ın efirində — VİDEO

GÜNDƏM 07 fev 2024, 13:25
Azərbaycanda keçirilən prezident seçkisi barədə “Haber Global” süjet hazırlayıb.

“Bu gün Azərbaycanda 6,5 ​​milyona yaxın seçici səsverməyə gedir. Prezident seçkisi bu dəfə tarixidir. Çünki 30 ildə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində seçki keçirilir”.

Bu sözlər “Haber Global”ın Azərbaycanda prezident seçkisi ilə bağlı hazırladığı videosüjetdə deyilib.

Bildirilib ki, dost və qardaş ölkə olan Azərbaycan Qarabağ qələbəsindən sonra ilk dəfə seçkiyə gedir.

“Azərbaycanda seçki səhər saat 08:00-dan başlayıb. Böyük aktivlik müşahidə olunur. İnsanlar növbəyə dururlar, sırasını gözləyirlər, seçimini edirlər. İlham Əliyevlə bir yerdə yeddi namizəd var. Lakin namizədlər arasında lider indiki prezident İlham Əliyevdir. Qeyd edim ki, ötən prezident seçkisi 2018-ci ildə keçirilib. Prezident seçkisi ölkədə yeddi ildən bir keçirilsə də, İlham Əliyevin sərəncamı ilə bu il növbədənkənar seçki keçirilir”, - deyə Azərbaycandakı seçkidən birbaşa canlı bağlantıda olan Batuhan Pozut bildirib.

Ətraflı “Haber Global”ın süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top