"Sovetski"də aparılan tikinti işləri DAYANDIRILDI — VİDEO

HADİSƏ 06 fev 2024, 15:12
Bakı şəhəri Yasamal rayonu Z.Adıgözəlov küçəsində aparılan qanunsuz tikinti işləri dayandırılıb.

Bu barədə Konkret.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən sözügedən ünvanda şəhərsalma nəzarəti çərçivəsində monitorinq aparılıb və tikinti normalarına zidd olaraq görülən işlərin qarşısı alınıb.

“Tərəfimizdən Yasamal rayonu Z.Adıgözəlov küçəsində fərdi yaşayış evinin üzərində qanunsuz olaraq 2-ci mərtəbənin inşa edilməsi (təxmini sahəsi 35 kv.m) faktı aşkarlanıb və cəhdin qarşısı alınıb. Məlumat üçün bildirək ki, həmin ərazidə aparılan tikinti işlərinə Baş İdarənin əməkdaşları tərəfindən il ərzində bir neçə dəfə müdaxilə edilib. Lakin orada yenidən özbaşına tikinti işlərinin aparılması faktı ilə bağlı müraciət daxil olduğundan ərazidə təkrar monitorinq keçirilib, müvafiq icazəverici sənədlər olmadan qanunsuz inşaat işləri aparıldığı müəyyən olunub. Nəticədə Baş İdarə və aidiyyəti qurumlarla birlikdə söküntü işləri həyata keçirilərək tam başa çatdırılıb”.

Faktla bağlı Yasamal Rayon İcra Hakimiyyətinin mövqeyinə gəlincə, quruma ünvanladığımız sorğuya cavab verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top