Görmə qabiliyyəti olmayanlar üçün də şərait yaradılıb

DAXİLİ SİYASƏT 06 fev 2024, 14:25
Bülletendə 7 namizəd var.

Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, təşviqat kampaniyası başa çatıb, bu gün “sükut günü”dür: “Məntəqələrimizdə bütün şərait yaradılıb. Hətta biz görmə qabiliyyəti olmayan insanlar üçün də səsverməyə şərait yaratmışıq. İkinci, əlillik arabasından istifadə edən şəxslər üçün 2000 çox məntəqədə şərait yaradılıb. Müşahidəçilər üçün də məntəqələrdə bütün şərait yaradılıb. Onlar məntəqə daxilində baş verən bütün prosesləri əvvəldən sona qədər izləyə biləcək. Səsvermə kabinələrinə ancaq bülleteni əlində olan seçici daxil ola bilər. Onun qutuya bülleteni atmağını hamı görməlidir. Buna diqqət edilməlidir”. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top