"Piyadavurma zamanı yalnız sürücü günahkardır, yoxsa…?" — DYP rəsmisi AÇIQLADI (VİDEO)

SOSİAL 05 fev 2024, 13:09
Bakı şəhər DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli Avto FM-də yayımlanan “Qaydaları pozma” verlişində efirə dinləyici tərəfindən  ünvanlanan "niyə piyadavurma hallarında sürücülər məsuliyyət daşıyır piyadalara isə məsuliyət nəzərdə tutulmur" sualına qanuni izah verib.

Avtosfer.az xəbər verir ki, Araz Əsgərli bildirib ki, cinayət hadisəsinə çevrilmiş yol-nəqliyyat hadisələrinə ölkəmizdə hüquqi qiymət verilməsi vahid məhkəmə təcrübəsi ilə deyil aparılan ibtidai istintaqın nəticəsinə bağlıdır. “Cəmiyyətdə elə fikir formalaşdırılıb ki bu cür hadisələrlə bağlı qərarı polis verir. Bu kökündən yalnış yanaşmadır.

Cinayət işi üzrə aparılan ibtidai istintaq prokurorluq tərəfindən aparılan prosesual nəzarət və yekunda məhkəmənin qərarı ilə  təqsirkar və zərərçəkən müəyyən edilir ki, bu da mövcud qanunvericiliyin tələbidir.”

Araz Əsgərli onu da əlavə edib ki, Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsində nəzərdə tutulan məsuliyyət yəni qəza şəraitində hadisədən yayınmaq üçün sürücünün bütün imkanların qiymətləndirilməsi tələbi hadisədən sonra aparılan araşdırmanı kifayət qədər mürəkkəbləşdirir. “Lakin unutmamalıyıq ki, bu qanuni tələbdir. Odur ki, sürücülərdən diqqətli, piyadalardan isə səhlənkar olmamaq tələb edilir.”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top