Çilidə meşə yanğınları çoxlu sayda insanın həyatına son qoydu

DÜNYA 05 fev 2024, 13:30
Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgələrində davam edən meşə yanğınları nəticəsində 112 nəfər həyatını itirib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, Çilinin mərkəzi və cənub bölgələrində meşə yanğınları genişlənməyə davam edir. 

Təkcə Valparaisoda 7 min hektar ərazi yanıb. Ölkə üzrə isə 158 meşə yanğını barədə məlumat daxil olub. 

Həmçinin, güclü küləyin yanğınsöndürmə işlərini çətinləşdirdiyi qeyd edilib. Bəzi şəhərlərdə təxliyə əməliyyatlarının davam etdiyi açıqlanıb. 

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət elan edilib. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top