Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib. İtki və dağıntıların miqyası böyüyür.
Hücum zamanı yaralananların sayı 11 nəfərə çatıb. Zərbə şəhərin Kiyev rayonundakı binaya dəyib. Nəticədə bir girişin 7, 8 və 9-cu mərtəbələri tamamilə dağılıb. Hadisə yerində güclü yanğın başlayıb. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Xarkov meri İqor Terexov da Kiyev rayonu ərazisinə daha bir neçə zərbənin endirildiyini diqqətə çatdırıb.
Beləliklə, şəhərdə dron hücumları nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib və xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirirlər.


