Geomaqnit qasırğası gözlənilir

HADİSƏ 05 fev 2024, 10:43
Bu gün geomaqnit qasırğası gözlənilir.

Bu barədə Demokrat.az-a BDU-nun Astrofizika kafedrasından bildirilib.

Qeyd edilib ki, fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Vurğulanıb ki, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top