"Azəriqaz"a daxil olan müraciətlərin sayı açıqlandı

SOSİAL 02 fev 2024, 11:39
"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü il ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 12 min 715 müraciət daxil olub".

Demokrat.az
xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin  Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, 5461 müraciət "Opentext" proqramı vasitəsilə, 7274 müraciət isə elektron formada daxil olub:

""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci il  ilə müqayisədə 1027 müraciət azlıq təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması,  qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır.

Qeyd edək ki, müraciətlərin əksəriyyəti fərdi yaşayış evlərinin qazlaşdırılması prosesi ilə bağlıdır".

Aysu 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top