Azərbaycan cüdo tarixində İLK

İDMAN 02 fev 2024, 00:10

Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa çempionatında hakimlik edəcək.

Oxu.Az-ın məlumatına görə, Nazim Umbayev Avropa Cüdo Hakimlər Komissiyası tərəfindən Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün seçilib.

A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən yarışlarda iştirak edən hakimlər siyahısına daxildir.

Qeyd edək ki, Avropa çempionatı 25-28 aprel tarixlərində keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top