Tarixi seçkiyə hazırlıq “Haber Global”ın obyektivində — VİDEO

GÜNDƏM 01 fev 2024, 11:32
“Fevralın 7-də Azərbaycanda prezident seçkisi keçiriləcək. 30 ildən sonra erməni işğalından azad edilən Qarabağda ilk dəfə seçki qutusu qurulacaq. Bir çox hərbi və siyasi uğurlara imza atan hazırkı Prezident İlham Əliyev seçkinin favoritidir”.

Demokrat.az xəbər verir ki, bu sözlər “Haber Global”ın Azərbaycanda prezident seçkisi ilə bağlı hazırladığı videosüjetdə deyilib.

Bildirilib ki, dost və qardaş ölkə Azərbaycan Qarabağ qələbəsindən sonra ilk dəfə seçkiyə gedir.

“Seçkinin tarixi xüsusiyyəti var. Çünki bu dəfə bütün Azərbaycan ərazisində səsvermə həyata keçiriləcək. Təxminən 30 il sonra işğaldan azad edilən Qarabağda ilk dəfə seçki qutusu qurulacaq”, - deyə paylaşımda qeyd edilib.

Materialda, həmçinin prezident seçkisində yeddi namizədin mübarizə apardığı və hazırkı prezident İlham Əliyevin qalib gələcəyinə inamın böyük olduğu vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top