Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranı günahlandırıb

DÜNYA 28 yan 2024, 22:16

İordaniyada ABŞ-nin üç hərbçisinin ölümü ilə bağlı cavabdehlik İranın dəstəklədiyi qrupların üzərindədir.

Buu barədə ABŞ Prezidenti Co Baydenin yazılı bəyanatında vurğulanıb.

"İordaniyanın şimal-şərqində - Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz uçuş aparatı ilə hücum nəticəsində üç ABŞ əsgəri həlak olub, çoxlu sayda hərbçi yaralanıb. Bu hücumla bağlı kəşfiyyat məlumatları toplanır. Bunu İranın radikal silahlıları tərəfindən həyata keçirildiyini bilirik”, - qeyd edilib.

Dron hücumu nəticəsində üç Amerika hərbçisi həlak olub, 25-i yaralanıb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top