Dələduzların məqsədi dəyişib — Kiberhücumlara niyə daha çox məşhurlar məruz qalırlar?

GÜNDƏM 26 yan 2024, 22:10
Məşhurların sosial şəbəkə hesablarına kiberhücumlar davam edir. Aktrisa və rejissor Sevinc Əliyevanın da “Instagram” sosial şəbəkəsindəki səhifəsi kimlərsə tərəfindən ələ keçirilib. Sənətçinin “mavi tık”lı rəsmi hesabı platformadan silinib.

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasovun sözlərinə görə profil oğurlama məsələsi yeni deyil, hər zaman aktual olub. O, Demokrat.az-a açıqlamasında deyib ki, məşhurlar və influenserlər bizneslərinin bir hissəsini sosial şəbəkələrdə qururlar, ona görə də dələduzların mənfəət yerinə çevrilib:

“Sosial şəbəkə hesabını qorumaq üçün ilk növbədə hər kəsə ikili identifikasiyanı aktiv etməyi məsləhət görürük. Təəssüf ki, tanınmış şəxslər səhifələrini özlərini idarə etmədiyi üçün, marketoloqlarla, SMM mütəxəssisləri ilə işlədikləri üçün ikili identifikasiya aktivləşdirilmir. Çünki bu halda səhifəni idarə edənə giriş-çıxış çətinləşir, məcburdurlar ki, profilin sahibindən onlara kod gəlsin. Ona görə də bu cür kiberhücumlar daha çox məşhurların başına gəlir. Tövsiyə edirik ki, SMM şirkətləri qaydalara riayət etsin. 

Məşhurların səhifəsi daha baha satılır. Əslində əvvəllər böyük izləyici kütləsi olan səhifələr xarici kriptovalyutaların satışı, alış-veriş saytlarının reklam edilməsi məqsədilə oğurlanırdı. İndi isə pul qoparmaq məqsədilə səhifə sahibləri şantaj olunurlar. “Mavi tık” olan səhifələri qaytarmaq daha asandır, çünki müəyyən sənədlərlə təsdiq istənir və həmin sənədlərlə səhifəni geri almaq olur”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top