Taleh Kazımovdan yeni QƏRAR

İQTİSADİYYAT 26 yan 2024, 10:14
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Sığorta, təkrarsığorta, sığorta agenti və sığorta brokeri fəaliyyətinə verilən lisenziyaların, habelə aktuari şəhadətnaməsinin forması və doldurulması Qaydası”nı təsdiq edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, sığortaçılar üçün lisenziya və şəhadətnamənin forması doldurularkən onun verilmə tarixi və qeydiyyat nömrəsi, həyata keçirilməsinə icazə verilən fəaliyyət növünün adı, hüquqi şəxsin adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və qeydiyyatda olduğu ünvan, şəhadətnamədə isə aktuari fəaliyyəti göstərmək səlahiyyəti təsdiq edilən fiziki şəxsin adı, soyadı, atasının adı və qeydiyyatda olduğu ünvan, həmçinin şəhadətnamənin qüvvədə olduğu müddət və attestasiyadan keçmə günündən hesablanaraq 5 ilin tamamlandığı gün - başa çatma tarixi kimi məlumatlar əks olunacaq.

Bundan başqa, AMB-nin səlahiyyətli şəxsinin adı, soyadı və vəzifəsi yazılmaqla lisenziya və şəhadətnamə imzalanacaq və möhürlə təsdiqlənəcək. Lisenziya və şəhadətnamə oğurlanması, itirilməsi, yararsız hala düşməsi və ya məhv olması halında yeniləndikdə yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” sözü yazılacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top