Çilidə təyyarə qəzaya uğradı

DÜNYA 16 yanvar 2024, 21:38
Çilidə yanğına müdaxilə edən təyyarə qəzaya uğrayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, yanğına müdaxilə edən təyyarə Çilinin Talka bölgəsi yaxınlığında qəzaya uğrayıb. 

Hadisə nəticəsində təyyarənin pilotu, 58 yaşlı Fernando Solans Robles dünyasını dəyişib. 

Bununla yanaşı hadisə yerində olan 4 nəfər yaralanıb. 

Maule əyalətinin qubernatoru Kristina Bravo qəzadan kədərləndiyini bildirib və həlak olan pilotun ailəsinə başsağlığı verib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top