Şamaxı-Muğanlı yolunda avtomobillərin hərəkəti bərpa olunub — YENİLƏNİB

GÜNDƏM 13 yan 2024, 21:10

Şamaxı-Muğanlı yolunda avtomobillərin hərəkəti bərpa olunub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların xeyli sayda canlı qüvvəsi və texnikası cəlb edilib.

İsmayıllı yolunda isə vəziyyət ağır olaraq qalır. Hazırda həmin ərazidə də təxirəsalınmaz zəruri işlər həyata keçirilir.

xxx


Güclü yağan qar səbəbindən Şamaxı İsmayıllı avtomobil yolunu bağlanıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.

İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top