Futbolçu oyun zamanı ölüb

İDMAN 03 yan 2024, 18:00

Portuqaliyanın Maritimo və Anqola gənclər komandasının sabiq futbolçusu 20 yaşlı Pedro Banqa yoldaşlıq görüşü zamanı dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, gənc futbolçu oyun zamanı bir anda yerə yıxılıb, onu dərhal xəstəxanaya aparıblar. Lakin həkimlər onu xilas edə bilməyiblər.

Qeyd edək ki, Banqa Anqola milli komandası üçün Afrika Kubokunda və 2019-cu ildə U17 Dünya Çempionatında iştirak etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top