SOCAR və BP anlaşma memorandumu imzaladı

İQTİSADİYYAT 15 dek 2023, 15:40
Bu gün SOCAR və bp Azərbaycanın neft-qaz sektorunda metan səviyyələrinin azaldılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsünü elan etmək üçün birgə tədbir keçirib.

BP-dən Demokrat.az-a verilən məlumata gorə, qlobal “Metan Rəhbər Prinsipləri”ni (MGP) imzalamış bu iki şirkət Azərbaycanda metan emissiyalarının azaldılması səylərini irəli aparmaq məqsədilə öyrətmək və başqalarından öyrənmək, təcrübələri bölüşmək və birgə fəaliyyət üçün metan sahəsindəki öz təcrübə və biliklərini bir araya gətirərək sıx əməkdaşlıq edəcək.
 
Bundan iki həftə əvvəl 30 noyabr 2023-cü il tarixində “MGP” ölkələr səviyyəsində metan emissiyalarının azaldılmasını sürətləndirmək üçün özünün yeni Qlobal Metan Emissiyalarının Azaldılmasının Təşviqi (AGMR) təşəbbüsünü elan etmişdi. SOCAR və bp həmin təşəbbüs çərçivəsində birgə işləyərək Azərbaycanda enerji sektorunun tələblərinə cavab verən xüsusi yol xəritəsi hazırlamaq səylərinə dəstək məqsədilə əsas maraqlı tərəfləri, tərəfdaşları, tədqiqat institutlarını və hökumət rəhbərliyini bir araya gətirəcək.

Tədbirdə həmçinin SOCAR-la BP arasında qarşılıqlı anlaşma memorandumu imzalandı. Bu sənəd çərçivəsində şirkətlər metan səviyyələrinin azaldılması sahəsində bilik və bacarıqların inkişafı, emissiyaların ölçülməsi, hesabatlılıq, yoxlama, texnologiyalar və texniki təcrübənin artırılması yönümündə birgə işləyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top