Ağdam şəhərində 5 məhəllə salınacaq

QARABAĞ 12 dek 2023, 13:39
Ağdam şəhərində 5 məhəllənin salınması nəzərdə tutulub.

APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Ağdamın əsas mədəni-tarixi mərkəzi hissəsində geniş layihələndirmə işləri yekunlaşmaq üzrədir:

"Artıq tikinti proseslərinə başlanılıb. Açıq səma altında İşğal və Zəfər muzeyləri, Muğam Mərkəzi, mehmanxalanlar, daxili yol-küçə şəbəkəsi, məktəb və xəstəxana və digər infrastruktur 2026-ci ilin sonuna qədər tikilib təhvil veriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top