Erməni əsirliyindən azad ediləcək Hüseyn Axundovun anası: “Gözüm qapıdadır” — VİDEO

GÜNDƏM 09 dek 2023, 00:25

“Gözüm qapıdadır, hər an Hüseynin içəri girəcəyini gözləyirəm”.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında erməni əsirliyindən azad ediləcək Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

Şəlalə Axundova oğlu Hüseynin əsir götürüldüyü gündən bu günə kimi ümidli olduğunu, Hüseynin qayıdacağına inandığını bildirib. 

Şəlalə ana qeyd edib ki, gözünü qapıya dikib, həyəcanla oğlunu gözləyir.

Xatırladaq ki, Aqşin Bəbirov və Hüseyn Axundov bu ilin aprel ayında Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində, əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Daha sonra Ermənistan onları əsir götürüb və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb

Azərbaycanla Ermənistan arasında olan razılaşmaya əsasən əsirlikdə və həbsdə olan hərbçilər qarşılıqlı surətdə azad ediləcəklər. Ermənistanda əsir saxlanılan və saxta ittihamlarla həbs edilən hərbçilər - Aqşin Bəbirov və Hüseyn Axundov da Vətənə qayıdacaqlar.

Ətraflı süjetdə:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top