"Əldə olunacaq qənimət 3 yerə bölünəcəkdi…" — Bakıdakı hipetmarketə silahlı basqının yeni TƏFƏRRÜATLARI

KRİMİNAL 06 dek 2023, 20:00
Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
 xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda "Azərbaycan supermarket" MMC-nin nümayəndəsi təqsirləndirilən şəxslərə qarşı 12 min manat mülki iddia qaldırıbş hakim mülki iddianı qəbul edib və cinayət işinə əlavə edib. 

Daha sonra Azər Məmmədovun vəkili Pərviz Məmmədovun məhkəməyə təqdim etdiyi ərizə elan edilib. 

Ərizədə qeyd olub ki, müvəkkilinin yaxın qohumları ilə istintaq təcridxanasında görüşməsinə şərait yaradılsın. 

Hakim isə deyib ki, hazırda təqsirləndirilən şəxslərin məhkəmədə ifadə verməyiblər. Bu səbəbdən ərizə baxılmamış saxlanılıb. 

Bundan sonra hakim bildirib ki, təqsirləndirilən şəxslərin işgəncə görməsi ilə bağlı Bakı İstintaq Təcridxanasına göndərilən sorğuya cavab verilib. 

Cavabda qeyd olunub ki, təqsirləndirilən şəxslər təcridxanaya daxil olarkən tibbi müayinədən keçiblər, onlarda işgəncə faktı aşkar olunmayıb. 

Daha sonra Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqi Tural Hümmətzadənin məhkəməyə göndərdiyi məktubda qeyd olunub ki, iş üzrə götürülən "Unibank"a məxsus 20 min 100 ABŞ dolları və 16 min 835 manat prokurorluğun depozitində saxlanılır, işdə ayrılan digər cinayət işi üzrə məsələyə hüquqi qiymət veriləcək.
Daha sonra təqsirləndirilən İbrahim İbrahimov tərəflərin suallarını cavablandırıb.

Qeyd edək ki, bundan əvvəlki prosesdə ifadə verən İbrahim İbrahimov deyib ki, Goranboy rayonunun Səfikürd kəndində yerləşən tam orta məktəbdə təhsil aldığı ilk siniflərdən onda kişi cinsinə qarşi həvəs, maraq yaranmağa başlayıb. Onun sözlərinə görə, 2016-cı il tarixdə Bakı şəhərinə gələndən sonra isə tanışliq saytlarından özümə oğlan dostlar tapmağa başlayıb, onlarla qeyri-tabii yola cinsi əlaqədə olub. 

Təqsirləndirlilən şəxs deyib ki, 2019-cu ildə hərbi komissarlığa çağırılıb, həmin vaxt valideynləri onun cinsi azlıq olduğunu biliblər. 

Təqsirləndirlilən şəxsin sözlərinə görə, valideynləri onun cinsi azlıq olduğunu biləndən sonra ondan imtina ediblər, bir daha evə gəlməməsini tapşırıblar. 

Daha sonra o, basqın əsas təşkilatçısı, əməliyyat zamanı zərərsizləşdirilən Ruhlan İsmayılovla "sevgili" olublar.

Bu gün keçirilən iclasda ifadə verən İbrahim İbrahimov ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, ona cinayətdə iştirakçılıq ittihamı verilib. 

Onun sözlərinə görə, heç bir cinayətdə iştirak etməyib. Onun Ruhlan İsmayılov və Dəyanət Qüdrətov ilə aralarında olan söhbətlərdə xəbəri olmayıb. 

Daha sonra təqsirləndirilən Səbuhi Qurbanov ifadə verib. 

O bildirib ki, təqsirləndirilən Dəyanət Qədərovla sinif yoldaşı olub. 

Onun sözlərinə görə, martın 4-də, hadisə baş verəndən sonra Qədrət ona zəng edib və sonra görüşüblər: 

"Dəyanət yanıma gəldi. Üzərində silah var idi. O dedi ki, məni boş sahəyə apar, silahın içini başladım. Mən həmin vaxt qorxduğum üçün polisə şikayət etmədim. Dəyanəti Suraxanıda qəbristanlığın yanında boş yerə apardım. Orada sandıqcanı çıxardı.  Hərəkət etdirsə də, tapanca işə düşmədi".

Təqsirləndirilən şəxs ifadəsində Ruhlan İsmayılovla əlaqəsi olmayıb, onunla görüşməyib. 

Daha sonra prokurorun vəsatəti əsasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissəsi elan edilib.

Səbuhi Qurbanov istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü taqsirli hesab edərək ifadələrində bildirmişdir ki, Dəyanət Qudrətovu Binə qəsəbəsində yerləşən 326 saylı orta məktəbdə birlikdə təhsil aldığı vaxtdan tanıyıb və yaxın dostluq münasibətləri olub: 

"Dəyanət Binə qəsəbəsində 343 saylı baxçanın yaxınlığında yerləşən həyət evində atası, anası və bacısı ilə birlikdə yaşayıb. Sonuncu dəfə Dəyanətgildə əsgərlikdən qayıdandan sonra, yəni 2023-cü ilin yanvar ayında olmuşam.  Dəyanətin valideynləri də məni oğlunun dostu kimi tanıyıblar".

Təqsirləndirlilən şəxs qeyd edib ki, Dəyanətin dostu Ruhlan İsmayılovu 3-4 ildir tanıyıb: 

"Ruhlan Dəyanət ilə eyni litseydə traktorçu" fakültəsini bitirib və təhsilini başa vurandan sonra Qala kəndində traktorçu işləməyə başlayıblar. Lakin 2023-cü ilin yanvar ayının 20-də əsgərlikdən geri qayıdanda artıq Ruhlan traktorçu işləmədi, özünə məxsus boz rəngli "Opel Vectra" markalı avtomobili olub adını bilmədiyi şəxslə birlikdə haradasa motosiklet təmir sexi işlədib. Bunları mən də Dayanətdən eşitmişəm. Ruhlanın istifadəsində olan mobil nömrəni bilməmişəm, telefon alaqələrimiz də heç vaxt olmayıb. Əsgərlikdən qaytdandan sonra Dəyanət ilə yaxın münasibətə davam etmişəm. Təxminən fevral ayının ortalarında Əmircan qəsəbəsində yerləşən "Doneretto" adlı dönər evində günəmuzd 25 manat pul müqabilində kuryer kimi işə başlamışam. Gündəlik olaraq Dəyanətlə əlaqə saxlayıb daha çox Binə qəsəbəsində yerləşən "Çay evi 900" adlı çayxanada görüşmüşük".

Təqsirləndirilən şəxs deyib ki, fevral ayının əvvəllərində Ruhlan İsmayılov da onlarla görüşməyə gəlib: 

"Ruhlan da  inkassator əməkdaşlarına silahlı basqın etməyi, "Unibank Kommersiya Bankı'a maxsus bankomatda pul götürəcəklərini planlaşdırdıqlarını dedi. Mənə birlikdə cinayəti törətməyi təklif etdi. Bundan sonra məni razı salmaq üçün Dəyanət əldə olunacaq qəniməti 3 yerə böləcəklərini bildirdi. Lakin qorxduğuma görə tərəddüd etdim". 

Təqsirləndirilən şəxs deyib ki, mühafizəçiləri öldürməyi təklif etdikləri üçün qorxaraü  razılaşmayıb: 

"Eyni zamanda Dəyanətə suallar verərək banka məxsus ATM-də pul dəyişən inkassatorları gözlədiklərini, Dayanat və Ruhlanın hər gün gedib Əhmədli qəsəbəsində quraşdırılmış hipermarketdə "Unibank Kommersiya Bankı"ın inkassatorlarını müşahidə edərək banklar arasında ən çox pul vəsaitinin etmək məqsədlə həmin bankın inkassatorlarını hücum üçün seçdiklərini dedi. Buna görə də daha çox pul daşıdıqları üçün onlara hücum etmədiklərini, güdməyə gedəndə Ruhlana məxsus "Opel Vectra" markalı avtomobil ilə getdiklərini, avtomobilin üzərinə Ruhlanın Qala qəsəbəsində Mercedes Benz" markalı avtomobilin üzərindən oğurladığı 11 seriyalı nişanı taxdıqlarını, planlarına görə Dəyanət ilə Ruhlan birlikdə hadisə yerində "Opel" ilə Qala qəsəbəsinə gedərək avtomaşını yandırmalı, pulları Ruhlan ilə Dəyanətin birlikdə Qala qəsəbəsində, silahları isə Ruhlanın kirayədə qaldığı ünvanda gizlətməli olduğumuzu,  bir neçə gün sonra isə Ruhlanın bilmədiyim tanışına məxsus "BMVV X5" markalı avtomaşını ilə Qəbələ rayonuna gedərək meşəlikdə-zadda yer tutub qalacaqlarını və digər məsələləri öyrəndim. Hətta, Dəyanət hər şey yolunda getsə çoxdandır  arzu etdiyim bir motosikleti almaq üçün mənş 3000 manar verəcəyini də dedi".

Səbuhi Qurbanovun ifadəsinə görə, Hadisə günü saat 10 radələrində Dəyanət ona "vatsapp" proqramında "Əhmədliyə gedirik Ruhlanla birlikdə" məzmunlu sms yazıb: 

"Mən də Dəyanətlə Ruhlanın məhz Əhmədli qəsəbəsindəki hipermarketin içindəki bankomatdakı pul vəsaitlərini dəyişməyə gələcək inkessator üzvlərinə silahla hücüm edərək onları öldürəcəklərini və pulları ələ keçirəcəklərini başa düşdümş Dəyanət əlavə olaraq "xəbərlərdə nəsə çıxsa bizə xəbər edərsən" məzmunlu SMS yazdı. 

Mən də "yaxşı" deyə cavab verdim. Ardınca isə Dəyanət SMD-ləri iki tərəfli olaraq sildi. Bundan sonra sifarişdə olduğum üçün xəbərləri, sosial şəbəkələri izləmək imkanım olmadı. Hadisədən xəbərsiz qaldım. İşə çatandan az sonra saat 13 radələrində Dəyanət mənə zəng edərək harada olduğumu soruşdu Mənimlə görüşüb sonra işə gedəcəyini deyərək "whatsapp" proqramında konum atmamı istədi. Mən iş yerim olan "Doneretta"dan Dəyanətə konum atdım. Təxminən yarım saat sonra Dəyanət taksi avtomaşını  xidməti mühafizəçi iş geyimində iş yerimə gəldi. İlk öncə mənə sosial şəbəkələrdə yayılmış hadisənin kamera tərəfindən qeydə alınmış video görüntülərini öz mobil telefonunda göstərdi. Sonra isə həmin hadisəni Ruhlanla birlikdə mənə qabaqcadan çayxanada dedikləri kimi də etdiklərini dedi. Bundan sonra hadisə barədə xəbərdar oldum. Dəyanət əlavə olaraq tapançanın üzərində olduğunu, lakin tapancada nasazlıq olduğuna görə lüləsinin ilişdiyini, içində patron qaldığını dedi, onu gözdən uzaq bir yerə aparmağımıx tapancadakı nasazlığı aradan qaldırmasını istədi. Orada Dəyanətin mənə kömək etmək məqsədilə öz xidməti mopedim ilə Dəyanəti təxminən 3 kilometr məsafədə yerləşən "Tatar qəbiristanlığı" adlanan yerə apardım. Ətraf sakit və kimsəsiz idi. Dəyanət yanımda gödəkçəsinin altında şalvarın kəmərinə keçirdiyi qara rəngli markasını bilmədiyim  tapançanı, daha sonra isə tapancanın sandıqçasını çıxardı. Sandıqçada bir neçə patron olduğunu gördüm. Dəyanət tapancanın lüləsinin bir neçə dəfə dala-qabağa dartsa da, nasazlıq aradan qalxmadığına görə yenidən sandıqçanı tapancanın içinə taxıb eyni yerdə gizlətdi. Sonra geri mənim iş yerimə qayıtdıq.  Tapanca da Dəyanətin üzərində olub. Geri qayıdandan sonra Dəyanət məndən hara gedəcəyimi soruşdu. "Ballı market" tərəfə sifariş götürdüyümü öyrənəndə mənə "gedək mən də sənnən gedim, qaydanda uzaq bir yerdə telefonnan nömrəmi qırıb atacam" dedi. Dəyanətin həm polisdən gizlənmək, həm də telefondakı mənim də adıma gördüyü silahların fotoşəkillərini yox etmək məqsədilə mobil telefonu, nömrısini qıracağını başa düşdüm.  Bundan sonra sifariş verilən ünvana Dəyanəti də özümlə apardım. Sifarişi çatdırdıqdan sonra Dəyanəti "Dədə Qorqud" qəsəbəsində neft buruqlan quraşdırılmış boş mədən əraziləri olan yerə apardım. Orada Dəyanət mobil telefon ilə iki nömrəsini çıxararaq sındırıb ağaclar tərəfdə zibillik kimi bir yerə tulladı".
Təqsirləndirilən şəxs deyib ki, əvvəlcə Dəyanəti avtobus dayanacağına aparıb: 

"Lakin az sonra Dəyanət yenidən iş yerimə gələrək taksi ilə getmək istədiyini, mobil telefonu olmadığı üçün mənim mobil telefonundan istifadə etmək istədiyini bildirdi. Bu zaman Ruhlan hazırda xatırlamadığım mobil nömrədən "watsapp"da SMS yazaraq Dəyanəti soruşdu. Çünki qabaqcadan Dəyanət Ruhlana telefonu işləməsə mənim yanımda olacağını bilməsini dedi. Ruhlan telefonu Dəyanətə verməsini bildirdi. Dəyanətlə yanımda yazışmağa başladılar. Dəyanət Ruhlandan yerini soruşsa da, Ruhlan cavab vermədi. Əvəzində Ruhlan Dəyanətdən harada olduğunu soruşduqda sonuncu "Səbuhinin yanındayam" deyərək cavab verdi. Daha sonra Ruhlan Dəyanətdən silahı nəzərdə tutaraq "şey üstündədi? düzəldə bildin o içində qalanı?" soruşdu. Dəyanət "yox çıxmadı" dedi. Ruhlan Dəyanətə evə-zada getməməsini, ancaq işə getməsini və gizlənməsini tapşırdı.  Sonda hər ikisi ertəsi gün saat 8-də mənim yaşadığım ünvanın qarşısında görüşəcəkləri barədə razılaşıb sağollaşdılar. Daha sonra telefonum ilə Dəyanət üçün "Bolt" taksi sifarişi verdim. Ardınca "Kia Rio" markalı bir taksi avtomaşın gəldi və avtomaşınla yola düşdükdən 15 dəqiqə sonra Ruhlan mənə SMS yazaraq bir daha Dəyanəti soruşsa da, onun artıq yola düşdüyünü bildirdim. Ruhlan "ona de işə getməsin, sənin yanında qalsın" məzmunlu SMS yazdı. Mən də sifariş verərkən qeydiyyata düşmüş taksi sürücüsünə zəng edərək Dəyanət ilə danışdım və Ruhlanın SMS-i barədə bildirdim. Dəyanət "baxaram, bəlkə" desə də, sonradan yanıma qayıtmadı. Bundan sonra da Ruhlan bir neçə dəfə mənə SMS yazaraq Dəyanətlə maraqlansa da, taksidən düşdüyü üçün Dəyanətlə əlaqə saxlaya bilmədiyimi dedim".

Səbuhi Qurbanov istintaqa verdiyi ifadəsini təsdiqləməyib. Bildirib ki, yazıblar, qabağına qoyublar, o da imza edib. Qeyd edib ki, dindirmə zamanı təzyiqə məruz qalıb, vəkili də iştirak etməyib. 

Növbəti proses dekabrın 13-də davam edəcək.

İttihama görə, bu ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.

Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top