İordan çayının qərb sahilində 60 fələstinli həbs edildi

DÜNYA 06 dek 2023, 20:45
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 60 fələstinlini saxlayaraq nəzarətə götürüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi və Fələstin Məhbus İşləri Komitəsi birgə yazılı açıqlama verib.

Açıqlamada İsrail qüvvələrinin gecə və səhər saatlarında İordan çayının qərb sahilində müxtəlif ünvanlara basqın edərək 60 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Həmçinin, saxlanılanlardan 30-nun İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərindən olduğu, nəzarətə alınanların və yaxınlarının basqınlar zamanı döyülmə və təhdidlərə məruz qaldığı və evlərinin dağıdıldığı  bildirilib. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top