Kreditləri ödəyə bilməyən məşhur karqo şirkətinin sahibi məhkəməyə gətiriləcək

HADİSƏ 06 dek 2023, 15:26
"Mover" MMC-nin təsisçisi Şəmistanlı Arif Hacı oğlunun ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət edilib.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi məhkəməyə müraciət edərək onun kredit borcunu ödəmədiyi üçün ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib.

Bununla yanaşı, şirkətin həm də vergi borcu yığılıb.

Onun hazırda banklara isə nə qədər kredit borcunun olduğu məlum deyil.

İş hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Əgər məhkəmə iddianı təmin etsə, A.Şəmistanlının ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, daha əvvəl "Paşa Bank" kredit borcunu ödəmədiyi üçün onunla bağlı məhkəməyə müraciət edib. Ondan əvvəl isə "Bank Respublika" və "Ferrum Kapital" da kredit borcu ilə bağlı şirkəti məhkəməyə verib.

Xatırladaq ki, bir müddət əvvəl “Mover” MMC rəsmi olaraq olmasa da faktiki olaraq fəaliyyətini dayandırdığını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top