Şimali Koreya daha 2 səfirliyini bağladı

DÜNYA 05 dek 2023, 19:39
Şimali Koreya Seneqal və Qvineyadakı səfirliklərini bağlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi Şimali Koreyanın son aylarda bəzi ölkələrdəki səfirliklərini bağlaması ilə bağlı açıqlama verib.

Qurum rəsmisi 1972-ci ildə Seneqal, 1969-cu ildə Qvineya ilə diplomatik əlaqələr quran Şimali Koreyanın bu ölkələrdəki diplomatik nümayəndəliklərini bağladığını və diplomatik nümayəndəliklərin sayının 53-dən 46-ya endiyini qeyd edib.

Qeyd edək ki, Şimali Koreya son aylarda Anqola, Uqanda, Banqladeş, Nepal və İspaniyadakı səfirliklərini bağlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top