Lavrovla Ceyhun Bayramovun görüşü BAŞLAYIB

XARİCİ SİYASƏT 05 dek 2023, 11:25
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə iki ölkə arasında münasibətlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, eləcə də regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur.

Qeyd edək ki, bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bayramov-Lavrov danışıqları da məhz bu görüş çərçivəsində keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top