Son 145 ilin rekordu — Sibir şaxtası gəlir

DÜNYA 04 dek 2023, 08:00
Rusiya paytaxtında dekabrın 3-də düşən yağıntının miqdarına görə gündəlik rekord müəyyən edilib.

VDNX-dakı meteorologiya stansiyası saat 18-ə qədər 10 mm yağıntı düşdüyü barədə məlumat yayıb. Bildirilib ki, bu son 145 ilin rekord göstəricisidir. Bundan öncəki rekord 1980-ci ilin bu günündə qeydə alınıb.

Həmin vaxt 9,4 mm yağıntı düşüb. Ən çox yağıntının Moskvanın mərkəzinə düşdüyü məlum olub. Qarın sabaha qədər davam edəcəyi bildirilib. Moskvanın Nəqliyyat Departamenti sürücülərə şəxsi avtomobillərdən imtina etmək və ictimai nəqliyyata üstünlük verməyi xahişi edib. Moskva vilayətində narıncı hava təhlükəsi səviyyəsi elan olunub. Yağan güclü qar çoxlu qəzalara səbəb olub.

Belə ki, Moskva vilayətində, Novorijskoye şossesində 20 avtomobil qəzaya uğrayıb. Qarşıda isə moskvalıları Sibir şaxtası gözləyir. Sinoptiklərin məlumatına görə, ən soyuq gün cümə günü, dekabrın 8-i olacaq.

Havanın temperaturu mənfi 22 dərəcəyə enəcək. (Lent.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top