İran Naxçıvana yeni Baş konsul təyin edib

GÜNDƏM 03 dek 2023, 23:59

İran Naxçıvana yeni Baş konsul təyin edib.

 Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub.

O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib.

Qeyd edək ki, yeni Baş konsul Təbrizdə Şərqi Azərbaycan valisi ilə görüşüb.

Əziz Mənsuri görüşdə Naxçıvan Muxtar Respublikası ilə münasibətlərə toxunaraq İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Vali də öz növbəsində İran-Azərbaycan münasibətlərində Naxçıvanın önəmini vurğulayıb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top