Premyer Liqa: "Sabah" "Kəpəz"ə qalib gəlib

İDMAN 03 dek 2023, 18:15
Azərbaycan Premyer Liqasında XV tur davam edir.

"Report"un məlumatına görə, günün ilk oyunu Tovuzda baş tutub.

Ev görüşlərini orada keçirən "Kəpəz" "Sabah"ı qəbul edib. Uğursuz mövsüm keçirən bakılılar autsayder önündə sensasiyaya imkan verməyiblər. Murad Musayevin yetirmələri iki erkən qolla matçın taleyini həll ediblər. Əvvəlcə 6-cı dəqiqədə Anatoli Nuriyev hesabı açıb. 15-ci dəqiqədə isə Yeqor Xvalko avtoqol müəllifi olub.

Beləliklə, 2:0 hesablı qələbə qazanan "Sabah" xallarının sayını 19-a yüksəldib. "Kəpəz" isə 10 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Zirə" və dekabrın 4-də oynanılacaq "Qarabağ" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top