İsrail ordusu Qəzza zolağında 54 nəfəri öldürüb

DÜNYA 01 dek 2023, 19:10
İsrail ordusu müvəqqəti atəşkəs başa çatdıqdan sonra Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 54 nəfəri öldürüb.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzza zolağının mərkəzində yerləşən Əl-Meqazi Qaçqınlar Düşərgəsindəki bir evə etdiyi hücumda 7 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Rəfah şəhərinin mərkəzində bir evi hədəf alan hücumda 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Hücum zamanı ölən və yaralananlar Əbu Yusur ən-Nəccar xəstəxanasına gətirilib.

Qəzza Daxili İşlər Nazirliyi, İsrail qüvvələrinin Xan Yunisin qərbində yerləşən Həməddə də bir mənzili hədəf aldığını, 2 nəfərin öldüyünü, çox sayda insanın yaralandığını açıqlayıb.

Qəzza Səhiyyə Nazirliyi atəşkəsin sona çatmasından bu yana ümumilikdə 54 fələstinlinin öldürüldüyünü açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top