Məşhur müğənni vəfat etdi

DÜNYA 30 noy 2023, 18:44
"Celtic punk" qrupunun əsasını qoyan, "Pogues"-un solisti və bəstəkarı Şeyn Makqouan 65 yaşında vəfat edib.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Bildirilib ki, müğənninin ölümünü həyat yoldaşı Viktoriya Meri Klark açıqlayıb.

Həmçinin, onun 2022-ci ilin dekabrında viral ensefalit səbəbiylə xəstəxanaya yerləşdirildiyini və 2023-cü ilin bir neçə ayını reanimasiyada keçirdiyini vurğulayıb.

Qeyd edək ki,  Makqouan ədəbiyyatdan mifologiyaya qədər bir çox mövzudan ilham alaraq yazdığı sözlərlə İrlandiya xalq musiqisini rok səhnəsinə çıxarıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top