Prezident Ərdoğan BMT-nin baş katibi Quterreşlə danışdı

DÜNYA 28 noy 2023, 20:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrailin qanunsuz hücumlarına qarşı beynəlxalq ictimaiyyətdən gözləntilər, humanitar böhrana həll təklifləri və davamlı sülhə yönəlik səylər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı İsrailin beynəlxalq ictimaiyyətin gözü qarşısında beynəlxalq hüququ, müharibə qanununu və humanitar hüququ ehtiyatsızlıqla pozmağa davam etdiyini və beynəlxalq hüquq qarşısında törətdiyi cinayətlərə görə cavab verməli olduğunu bildirib.

Prezident həmçinin İsrailin Qəzza hücumlarında həyatını itirən 100-dən çox BMT əməkdaşına görə Quterreşə başsağlığı verib və Quterreşin Rəfah Sərhəd Qapısına şəxsi səfərinin beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək baxımından faydalı olduğunu bildirib. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top