"Valideynlər uşaqlarına nəzarəti artırmalıdırlar" — Şagirdlər arasındakı insidentlərdə günah kimdədir?

GÜNDƏM 27 noy 2023, 20:36
Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdlər arasında dava olub. Belə ki, şagirdlərdən biri sinif yoldaşına kəsici alətlə xəsarət yetirib. Bu barədə polisə məlumat daxil olub. DİN-nin mətbua xidmətindən bildirilib ki, məsələnin araşdırılması üçün təhqiqat aparılır. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu kimi hallarda məsuliyyətin çoxu valideynlərin üzərinə düşür:



“Yeniyetməlik dövrünü yaşayan şagird üzərində bıçaq və ya soyuq silah qismində istifadə olunan hər hansı digər kəsici-deşici alət gəzdirirsə, burada birbaşa valideyn məsuliyyəti gündəmə gəlir. Onlar uşaqları bu cür hərəkətlərdən çəkindirməlidirlər, uşaqlarla maarifləndirici söhbətlət aparıb, izah etməlidirlər. Uşaqların asudə vaxtlarının təşkili, cəmiyyətə faydalı şəxs kimi yetişmələri üçün nə etmək lazımdır, bu məsələlər ətrafında düşünülməlidir. Valideynlər bu məsələlərdə aparıcı roldadırlar. Uşaq bu yaşlardan etibarən təhlükəli hərəkətlərə əl atırsa, demək ki, artıq onun formalaşmasında problemlər var. Bu həm də cəmiyyət üçün təhlükə deməkdir. Belə uşaqlar tək məktəbdə deyil, digər ictimai yerlərdə də - idman mərkəzlərində, əyləncə mərkəzlərində də belə situasiyalar yarada bilərlər. İnternet resursları, sosial şəbəkələrdə yanlış təbliğatın qurbanına çevrilir bu uşaqlar, etdiklərinin fərqində deyillər. Valideyn öz məsuliyyətini dərk etməlidir, uşağına nəzarəti gücləndirməlidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top