Türkiyədə PKK üzvü olan 2 şübhəli saxlanıldı

REGİON 27 noy 2023, 20:10
Türkiyədə iki şübhəli şəxs terror təşkilatı PKK-nın üzvü olduqları üçün saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ölkənin Konya vilayətində təhlükəsizlik qrupları tərəfindən əməliyyat həyata keçirilib.

Bu çərçivədə daha əvvəl PKK silahlı terror təşkilatında fəaliyyət göstərən və Konyanın mərkəzində yaşadığı məlum olan şəxslər saxlanılıb.

Şübhəlilərin uşaqikən təşkilata qatılaraq təhsil aldıqları öyrənilib. Bundan əlavə şəxslərin sosial mediada terror təşkilatı təbliğatı apardığı müəyyən edilib.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı bəzi materiallar ələ keçirilib.

Polis bölməsində əməliyyatlar davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top