Tərtər və Kəlbəcərin 2 kəndinin adı dəyişdirilsin — Deputatdan təklif

DAXİLİ SİYASƏT 27 noy 2023, 12:19
Milli Məclisin deputatı Aqil Məmmədov Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib.

Demokrat.az
xəbər verir ki, deputat bu təkliflə parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

"Ağdərə rayonuna daxil edilən kəndlərin adları dəyişdirilib. Bu, sevindirici haldır. Amma iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb bilmirəm", - deputat qeyd edib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top