İkinci sinif şagirdini məktəbdə döyüblər? — AÇIQLAMA

SOSİAL 26 noy 2023, 21:00

Sosial şəbəkələrdə ikinci sinif şagirdinin oxuduğu məktəbdə döyülməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, iddialara görə hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 90 nömrəli tam orta məktəbdə baş verib.

Paylaşımda məktəbli qızın üz nahiyəsindən güclü zərbə aldığı görünür.

Adıçəkilən məktəb hələ ki, yayılmış görüntülərə münasibət bildirməyib. Polis isə iddialardan məlumatlıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən paylaşımla bağlı hazırda araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asıllı olaraq əlavə məlumat veriləcək.

***

90 nömrəli tam orta məktəb baş verən hadisə ilə bağlı məlumat yayıb.

Məktəbdən bildirilib ki,  07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.

Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə, ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

 


 Bizi Facebookda izl

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top