Özbaşına dərman qəbulu: “İnsanı şok vəziyyətinə sala bilər”

SOSİAL 22 noy 2023, 18:19
Səhiyyə Nazirliyi həkim məsləhəti olmadan antibiotik, ağrıkəsici və qida əlavələrinin istifadəsi ilə bağlı əhaliyə müraciət edib. Bildirilib ki, həkim məsləhəti olmadan dərman preparatlarının qəbul edilməsi yolverilməzdir. 

Özbaşına dərman istifadəsinin orqanizmə ziyanları barədə danışan həkim Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, dünyanın əksər ölkələrində apteklərdə reseptsiz dərman verilmir:

“Səhiyyə Nazirliyinin məlumatına görə növbəti ildən Azərbaycanda elektron sistemə keçiləcək, həkimlərin yazdığı reseptlər sistemdə görünəcək. Təbii ki, xəstələrin müalicəsi üçün vacib molekulyar tərkibli dərmanlar, antibiotiklər, iltihab əleyhinə dərmanlar və digərləri öz yerində, amma müəyyən qida əlavələri, o cümlədən maqnezium, sink, selen, D vitamini də lazım olduqda həkim tərəfindən yazılır. 

Buna baxmayaraq bəzən xəstələr özbaşına apteklərdə əczaçılara müraciət edərək onların məsləhəti ilə qripə, soyuqdəyməyə qarşı dərmanlar alırlar. Nimesil, qriphot, teraflyu, taylelhot kimi dərmanlar ilk baxışda insanlara ziyansız görünsə də ciddi fəsadlara yol aça bilər. 

Axı aptekdəki əczaçı bilə bilməz bu xəstənin mədəsi qanaxmaya meyillidir ya yox, allergiyası var, ya yox. Qriphot və taylelhot yüksək allergik reaksiyalara, hətta şok vəziyyətinə gətirib çıxara bilər, nimesil mədə-bağırsaq qanaxmaları verə bilər. Xəstərdə bu halları müşahidə etmişəm. Xəstə sonradan aylarla müalicə etdirməli olur. Gizli gedən xəstəliyi olan insanlar var, onlarda sadaladığım dərmanların istifadəsi tamamilə əks göstərişdir. Ona görə də həkim məsləhəti olmadan bu cür vasitələrdən istifadə etmək olmaz”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top