Qubadlıda silah-sursat aşkarlandı

HƏRBİ 20 noyabr 2023, 10:10
Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı rayonun Tarovlu kəndi ərazisindən 1 "Faqot", 1 qumbaraatan, 1 pulemyot, 1 avtomat, 19 qumbara, xeyli sayda patron və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top